SON DƏQİQƏ

Şirvanda toyda bəyi əqrəb sancdı

Tarix:

28-07-2017, 15:38

/ 3 317 dəfə oxundu.
Şirvanda toyda bəyi əqrəb sancdı

Şirvan şəhər sakinini əqrəb sancıb.
GUNAZ.az  APA-ya istinadən xəbər verir ki, hadisə Şirvandakı şadlıq saraylarından birində keçirilən toyda baş verib. Şadlıq sarayında toyu olan Şirvan sakini, 1990-cı il təvəllüdlü Dadaşov Elçin Eyvaz oğlunun əqrəb sancmasından sonra vəziyyəti ağırlaşıb.
E. Dadaşov Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.  Reanimasiya şöbəsində tədbirlər görüldükdən sonra evə buraxılıb.
Eyni anda başqa bir Şirvan sakini, 1979-cu il təvəllüdlü Azayev Natiq Mikayıl oğlu da əqrəb sancmasından reanimasiya şöbəsinə yerləşdirilib. Sonuncuya da yardım edildikdən sonra evə buraxılıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ