4 il bundan əvvəl ərini öldürüb meyitini tövlədə basdıran Göygöl rayon sakini Aynurə Qəhrəmanova istintaqa ilginc ifadə verib.
GUNAZ.az-ın məlumatına görə, A.Qəhrəmanova saxlanılaraq istintaqa təqdim edilib və o, ifadəsi zamanı həyat yoldaşını qətlə yetirəndən sonra həyətdəki yardımçı tikilidə basdırdığını etiraf edib: "Məni nalayiq söyüşlərlə təhqir edirdi. Dözə bilmədim. Daha sonra yıxdı məni çarpayıya. Tutdum boğazından sıxdım. Dedi boğuluram. Mən buraxanda artıq ölmüşdü. Sürüdüm apardım yarımtikiliyə, torpaq qazdım və basdırdım".(APA)