Londonun Paddinqton vağzalında yanğınla bağlı həyəcan siqnalının işə düşməsi səbəbindən ərazidən təxminən iki min nəfər təxliyyə edilib.
GUNAZ.az BBC-yə istinadən xəbər verir ki, yanğın elektrik lövhəsində qısa qapanmadan baş verib.
Yanğın hazırda söndürülüb, lakin hadisə qatarların hərəkət cədvəlində dəyişikliklərə səbəb olub. Təcili xidmət orqanları hadisə yerində iş aparır.