SON DƏQİQƏ
» » Aeroport yolunda DƏHŞƏTLİ QƏZA - Yol Polisi İdarəsinin şöbə rəisi yaralandı

Aeroport yolunda DƏHŞƏTLİ QƏZA - Yol Polisi İdarəsinin şöbə rəisi yaralandı

Tarix:

12-07-2017, 08:31

/ 4 348 dəfə oxundu.
Aeroport yolunda DƏHŞƏTLİ QƏZA - Yol Polisi İdarəsinin şöbə rəisi yaralandı

Bakıda yol qəzası baş verib.

GUNAZ.az   "Report"a istinadən xəbər verir ki, hadisə aeroport yolunda qeydə alınıb.
Belə ki, "Range Rover" markalı avtomobil yol arakəsmələrini təmizləyən "KamAZ" su maşınına çırpılıb. Hadisə nəticəsində avtomobil deformasiyaya uğrayıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.Aeroport yolunda DƏHŞƏTLİ QƏZA - Yol Polisi İdarəsinin şöbə rəisi yaralandı
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. FHN əməkdaşları deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü nəqliyyat vasitəsindən çıxarıblar.
Qeyd edək ki, sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) şöbə rəisi, 31 yaşlı polis kapitanı Cabir Firdovsi oğlu Hüseynovdur. O, qəza zamanı ağır xəsarət alıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilibAeroport yolunda DƏHŞƏTLİ QƏZA - Yol Polisi İdarəsinin şöbə rəisi yaralandı
Hadisə ilə əlaqədar ərazidə tıxac yaranıb. Faktla bağlı araşdırmalara başlanılıb.

скачать dle 12.1

Şərhlər