SON DƏQİQƏ
» » Bakıda avtomobil körpüdən aşıb, ölən və yaralananlar var - YENİLƏNİB

Bakıda avtomobil körpüdən aşıb, ölən və yaralananlar var - YENİLƏNİB

Tarix:

1-04-2017, 08:26

/ 4 587 dəfə oxundu.
Bakıda avtomobil körpüdən aşıb, ölən və yaralananlar var - YENİLƏNİB

FHN Bakıda  baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.
 Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verilən xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax magistral avtomobil yolunun 67-ci kilometrliyində "Mercedes” markalı minik avtomobilinin körpüdən aşması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış Səlimov Səlim Zakir oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

***
Bakının Qaradağ rayonunda, Bakı-Ələt magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, "Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində sürücü və bir qadın sərnişin hadisə yerində dünyasını dəyişib. Meyitlərdən birini maşından çıxarmaq mümkün olmayıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Avtomobildə olan digər üç nəfər isə xəsarət alıb. 1 saylı Şəhər Kliniki Xəstəxanasından APA-ya verilən məlumata görə, yaralılar ora gətirilib. Onlardan birinin vəziyyəti ağırdır.
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar arasında polis əməkdaşı da var.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır. Ölən və yaralanan şəxslərin adları dəqiqləşdirilir.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ