SON DƏQİQƏ

Polis günü iki çavuşun faciəli ölümü

Tarix:

2-07-2017, 19:32

/ 4 026 dəfə oxundu.
Polis günü iki çavuşun faciəli ölümü

Ağstafa rayonunda 2 polis çavuşunun ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

GUNAZ.az xəbər verir ki, bu gün peşə bayramlarını qeyd edən 1993-cü il təvəllüdlü Qazax rayon sakini Arif Cavad oğlu Novruzov və 1991-ci il təvəllüdlü Ağstafa rayon sakini Şahlar Ramiz oğlu Mamayev Kür çayının rayonun Saloğlu kəndindən keçən hissəsində çimərkən batıblar. Onlar çayın axınına düşüblər.

Hər iki polis Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşları olublar.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların axtarışına başlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ