SON DƏQİQƏ

Çelyabinskdə "uçan boşqab" təşvişi

Tarix:

2-07-2017, 08:15

/ 4 007 dəfə oxundu.
Çelyabinskdə "uçan boşqab" təşvişi

Rusiyanın Çelyabinsk şəhərinin Çurilovo rayonunun sakinləri telefonla qəribə obyektin görüntülərini çəkiblər.

GUNAZ.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, gecə səmasında yaşayış evlərinin üzərində işıqsaçan obyekt görünüb. Yerli sakinlər obyektin videosunu çəkərək Yutuba yerləşdiriblər. Daha sonra video müəllifləri bunun UNO olmadığını dəqiqləşdiriblər. Belə ki, bu, tikinti kranının işığı olub.

Ancaq bundan öncə - iyunda amurlular Zeysk rayonunda səmada hərəkət edən UNO-nu görüblər. "Uçan boşqab" Pioner qəsəbəsinin üzərində müşahidə edilib.

Daha bir sferik obyekt isə iyunun 1-də gecə vaxtı Snejinsk səmasında görünüb.


 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ