SON DƏQİQƏ
» » İstilərin səbəb olduğu yanğında yüzlərlə heyvan kül oldu

İstilərin səbəb olduğu yanğında yüzlərlə heyvan kül oldu

Tarix:

2-07-2017, 07:59

/ 4 138 dəfə oxundu.
İstilərin səbəb olduğu yanğında yüzlərlə heyvan kül oldu

Antalyanın Manavqat bölgəsində kəskin istilər səbəbilə çıxan yanğında 550 baş heyvan tələf olub.
GUNAZ.az xəbər verir ki, küləyin təsiriylə yayılan alov qısa müddətdə böyük ərazini əhatə edib. Getdikcə böyüyən yanğın Əlaəddin və Səlahəddin Gök adlı qardaşların sahibi olduğu fermanı bütünlüklə yandırıb.
Fermada Qurban bayramı üçün saxlanılan qoyun və quzuların hamısı tələf olub. Ferma sahibləri yanğından sadəcə 50 qoyunu xilas edə biliblər.
Manavqat bələdiyyə müdiri yanğınla bağlı verdiyi açıqlamada hadisənin araşdırılacağını və zərərçəkənlərə təzminat ödəniləcəyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ