SON DƏQİQƏ

Bakıda cibgir qadın tutuldu

Tarix:

1-07-2017, 19:57

/ 4 040 dəfə oxundu.
Bakıda cibgir qadın tutuldu

Oğurluqda şübhəli bilinən Gülnarə Novruzova Şirvan şəhəri ərazisində tutulub.
Daxili İşlər Nazirliyinə istinadən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də və 28-də əcnəbi vətəndaşın cibindən 180 ABŞ dolları, Bakı şəhər sakini olan bir qadının çantasından isə 800 manat və 400 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Gülnarə Novruzova Şirvan şəhəri ərazisində tutulub.
Ətrafında aparılan tədbirlərlə onun cari ilin mart ayından iyun ayınadək olan müddətdə Nərimanov rayonu ərazisində Bakı şəhər sakinləri olan 4 qadının çantalarından pul, mobil telefon və sənəd oğurlaması da müəyyən edilib.

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ