SON DƏQİQƏ
» » Yaşayış binasında yanğın - Sakinlər təxliyyə olundu

Yaşayış binasında yanğın - Sakinlər təxliyyə olundu

Tarix:

30-06-2017, 20:59

/ 2 712 dəfə oxundu.
Yaşayış binasında yanğın - Sakinlər təxliyyə olundu

Sumqayıt şəhərində yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərdə ümumi sahəsi 720 m2 olan ikimərtəbəli taxta konstruksiyadan ibarət yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin bir otağının, dəhlizinin yanar konstruksiyaları 30 m2 sahədə və ev əşyaları yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət almış, 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər