Keçmiş məhkumu öldürüb qamışlığa atdılar - Qıza görə
Tarix:
29-06-2017, 13:32
/ 3 347 dəfə oxundu.
Sumqayıtda törədilmiş qətlin üstü açılıb.
GUNAZ.azDİN-ə istinadən xəbər verir ki, iyunun 27-də Sumqayıt şəhəri ərazisindən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.
Sumqayıt ŞPİ və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. Şəmkir rayonu ərazisində tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.