SON DƏQİQƏ
» » İnternetdə tanış olduğu qadına görə... - FOTO

İnternetdə tanış olduğu qadına görə... - FOTO

Tarix:

28-06-2017, 21:43

/ 3 935 dəfə oxundu.
İnternetdə tanış olduğu qadına görə... - FOTO

Türkiyənin Konya şəhər bələdiyyə binasında 40 yaşlı kişi boğazına dirədiyi şüşə parçası ilə intihara cəhd edib.

GUNAZ.az xəbər verir ki, 40 yaşlı Kənan adlı şəxs səhər saatlarında Konya şəhər bələdiyyə binasının 4-cü mərtəbəsinə gələrək, bələdiyyə rəsmilərinə işsiz olduğunu deyib və sınmış şüşəni öz boğazına dirəyib. O, 800 lirəyə ehtiyacı olduğunu, bu pulu verməzlərsə, intihar edəcəyini deyib.
Hadisə yerinə gələn polislər ona əlindəki şüşə qırıntısını yerə atması qarşılığında həmin məbləğdə pulu yığıb ona verəcəklərini vəd ediblər. Polisin 1 saata yaxın söhbəti nəticəsində Kənan intihar etməkdən əl çəkib.

Kənanın internetdə tanış olduğu və Diyarbəkirdə yaşayan qadının yanına getmək üçün pul istədiyi məlum olub.
Bir müddət əvvəl həyat yoldaşından boşandığı deyilən Kənan tibbi müayinədən keçirilməsi üçün Konya təlim-tədris xəstəxanasına aparılıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. (teleqraf.com)

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ