SON DƏQİQƏ
» » Bakıda evə basqın: Gözətçi döyüldü, ev yandırıldı

Bakıda evə basqın: Gözətçi döyüldü, ev yandırıldı

Tarix:

28-06-2017, 15:46

/ 3 209 dəfə oxundu.
Bakıda evə basqın: Gözətçi döyüldü, ev yandırıldı

Bakıda bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 27-də saat 02.00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum iki nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri götürərək evi yandırıblar. 
İ.Vasin xəstəxanaya yerləşdirilib.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar. 
Faktla əlaqədar cinayət işi başlanılıb.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər