SON DƏQİQƏ

Avtomobil oğrusu Mərdəkanda yaxalandı

Tarix:

8-01-2017, 20:13

/ 2 510 dəfə oxundu.
Avtomobil oğrusu Mərdəkanda yaxalandı

Bakının Nizami rayonu ərazisində avtomobil oğurlanıb. Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini İbrahim Qədimova məxsus "Azsamand" markalı avtomobil qaçırılıb. 
İbrahim Qədimov oğurluqla bağlı Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə müraciət edib. 
25-ci polis bölməsi və Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ramin Əliyev Mərdəkan qəsəbəsi ərazisində saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanıb. 

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ