SON DƏQİQƏ

Yəmənin mərkəzi bombalandı - 9 ölü

Tarix:

27-06-2017, 08:37

/ 1 815 dəfə oxundu.
Yəmənin mərkəzi bombalandı - 9 ölü

Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində Yəmənin mərkəzi bölgəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb.
 Hadisə paytaxt Sənadan 173 km şimal-şərqdə yerləşən Marib əyalətində qeydə alınıb.
Məlumata əsasən, koalisiya qüvvələrinə məxsus təyyarələr Əl-Miseyd rayonunda yaşayış massivini bombalayıblar.
Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən qüvvələr və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ