SON DƏQİQƏ

Yəməndə silahlılar 11 hərbçini öldürdü

Tarix:

6-03-2017, 01:54

/ 3 253 dəfə oxundu.
Yəməndə silahlılar 11 hərbçini öldürdü

Yəməndə "Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmasının silahlılarının hücumları nəticəsində 11 hərbçi həlak olub.  
Əbyan əyalətində silahlılar nəzarət-keçid məntəqəsinə hücum edərək 6 hərbçini öldürüb. Daha 5 hərbçi Hadramaut əyalətində həlak olub.  
Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə davam edir. Ölkənin cənubunda isə İŞİD və "Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmaları fəaliyyət göstərir. (APA)
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ