SON DƏQİQƏ

Yəməndə 3 ABŞ hərbçisi öldü

Tarix:

29-01-2017, 21:10

/ 5 994 dəfə oxundu.
Yəməndə 3 ABŞ hərbçisi öldü

Yəməndə "Əl-Qaidə” terror təşkilatının silahlılarına qarşı keçirilən əməliyyat zamanı ölən ABŞ hərbçilərinin sayı 3-ə çatıb.  
Gunaz.az bildirir ki, APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 1 xüsusi təyinatlının öldüyü, 3-nün  yaralandığı bildirilirdi.  
Məlumata görə, yanvarın 29-da ABŞ hərbi təyyarələrinin endirdiyi hava zərbələri nəticəsində azı 30 "Əl-Qaidə” silahlısı məhv edilib.
Associated Press agentliyinin Yəmən hökumətinə istinadən verdiyi məlumata əsasən, havadan hücumlara qurudan da dəstək verilib. "Əl-Qaidə” terror təşkilatının silahlılarına qarşı keçirilən əməliyyatda ABŞ xüsusi təyinatlıları iştirak edib.
скачать dle 12.1

Şərhlər