SON DƏQİQƏ

Formulada daha bir qəza - FOTO

Tarix:

23-06-2017, 16:59

/ 4 621 dəfə oxundu.
Formulada daha bir qəza - FOTO

"Force India" komandasının pilotu Serxio Peres qəza səbəbi ilə Formula 1 yarışlarınnın birinci sərbəst yürüşündə çıxışını dayandırıb.
Səkkizinci döngədə (İçəri şəhər qala divarlarının yaxınlığında) Peresin bolidi divara çırpılıb.
Zərbə nəticəsində bolidin arxa təkəri qopub. Bununla əlaqədar yürüşdə fasilə yaranıb.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.
Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.(trend)

GUNAZ.az

Formulada daha bir qəza - FOTO

 

Formulada daha bir qəza - FOTO

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ