SON DƏQİQƏ

Bakıda Formula 1 zamanı evlilik təklifi

Tarix:

23-06-2017, 16:04

/ 5 649 dəfə oxundu.
Bakıda Formula 1 zamanı evlilik təklifi

Bakıda keçirilən Formula 1 yarışı zamanı maraqlı hadisə qeydə alınıb.
Britaniyalı turist Qrem Barker sevgilisi Viktoriya Uilyamsa evlilik təklif edib.
O, öz təklifini britaniyalı pilot Lüis Hemiltonun bolidi qarşısında səsləndirib.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.
Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.(trend)

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ