İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum etdi
Tarix:
21-06-2017, 08:55
/ 4 130 dəfə oxundu.
Filippində İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum ediblər.
GUNAZ.azxəbər verir ki, hadisə ölkənin cənubunda baş verib.
Hələlik hüquq-mühafizə orqanları hücum zamanı yaralananlar və ya ölənlərin olub-olmaması barəsində ətraflı məlumat vermir.
Bundan əvvəl məlum olub ki, ABŞ-ın xüsusi təyinatlıları Filippinin silahlı qüvvələrinə İŞİD-lə əlaqəsi olan silahlıların ələ keçirdiyi Maravi şəhərini azad etməyə kömək edib. Filippinin hökumət qüvvələrinin terrorçularla döyüşü 1 ay davam edib. Bu müddət ərzində 257 terrorçu zərərsizləşdirilib. Eyni zamanda 62 hərbçi və 26 dinc sakin həlak olub.