SON DƏQİQƏ
» » Cəbrayılda tank əleyhinə minalar aşkarlandı - FOTO

Cəbrayılda tank əleyhinə minalar aşkarlandı - FOTO

Tarix:

15-05-2017, 22:44

/ 2 917 dəfə oxundu.
Cəbrayılda tank əleyhinə minalar aşkarlandı - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri mayın 15-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1045 qəlpə, piyada əleyhinə 2 mina "OZM-72” və tank əleyhinə 2 mina "TM-57” aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. 39 min 693 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan bildiriblər ki, 83 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Qırx bir partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 193,81 hektar ərazi tam təmizlənib, 89,51 hektar ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən mayın 15-dək 5620 partlamamış hərbi sursat, 121 tank əleyhinə mina və 16 piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 897 min 859 kvadratmetr ərazi yoxlanılıb.

GUNAZ.az

Cəbrayılda tank əleyhinə minalar aşkarlandı - FOTO

 

Cəbrayılda tank əleyhinə minalar aşkarlandı - FOTO

 

Cəbrayılda tank əleyhinə minalar aşkarlandı - FOTO

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ