SON DƏQİQƏ

Cocuq Mərcanlıda raket aşkarlandı - Foto

Tarix:

14-04-2017, 21:48

/ 3 815 dəfə oxundu.
Cocuq Mərcanlıda raket aşkarlandı - Foto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 14-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 2636 qəlpə və 1 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan "PQ-7VM” raketi aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 47 min 993 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan bildiriblər ki, 56 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi yeddi partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 787 min 78 kvadratmetr ərazi yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən aprelin 14-dək 5129 partlamamış hərbi sursat, tank əleyhinə 81 mina və piyada əleyhinə 9 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 843 min 242 kvadratmetr ərazi yoxlanılıb.

GUNAZ.az

Cocuq Mərcanlıda raket aşkarlandı - Foto

 

Cocuq Mərcanlıda raket aşkarlandı - Foto

 


скачать dle 12.1

Şərhlər