SON DƏQİQƏ
» » İrəvanda hərbçilərlə polislər arasında kütləvi dava

İrəvanda hərbçilərlə polislər arasında kütləvi dava

Tarix:

8-05-2017, 14:14

/ 6 737 dəfə oxundu.
İrəvanda hərbçilərlə polislər arasında kütləvi dava

 Erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin Hərbi baş istintaq idarəsində mayın 7-də İrəvanın Arabkir inzibati rayonunda baş verən kütləvi dava ilə əlaqədar istintaq başladılıb.
Shamshyan.com-un məlumatına görə, dava Araqatsodi vilayətinin sakini 26 yaşlı Andranik Mkrtçyan, İrəvan şəhərinin Babacanyan küçəsinin sakini 34 yaşlı Hovhannes Tadevosyan, Şirak vilayətinin Aşotsk kəndinin sakini 27 yaşlı Hakop Hakopyan, Araqatsodi vilayətinin Araqatsavan kəndinin sakini 23 yaşlı Vahe Asatryan, İrəvan şəhəri Tiqran prospektinin sakini 24 yaşlı Narek Ağayan, Araqatsodi vilayətinin İrind kəndinin sakini 33 yaşlı Karen Tadevosyan, İrəvan şəhərinin sakini 38 yaşlı Artak Sarkisyan, 32 yaşlı Zorayr Qalstyan, 39 yaşlı Hakop Chanyan və 33 yaşlı Armen Muradyan arasında baş verib. 
Araşdırmalara görə, A. Mkrtçyan bölük komandiri, H. Tadevosyan baş kəşfiyyatçı, H.Hakopyan 3-cü qrupun komandir müavini, V. Asatryan müqaviləli hərbi qulluqçu, N. Ağayan müqaviləli kəşfiyyatçı-pulemyotçu, K. Tdevosyan müqaviləli kəşfiyyatçıdır.
Zərərçəkən yol polisləri Z.Qalstan 1-ci zabit taborunun 5-ci tağımında inspektor, A.Sarkisyan 1-ci zabit taborunun 5-ci tağımında baş inspektor, A. Muradyan isə Arabkir bölməsinin icma polis idarəsində baş inspektor vəzifəsində işləyir.
Müəyyən edilib ki, H.Tadevosyan dəyənəklə A. Muradyana zərbələr endirib. Bununla yanaşı o, İrəvan polis idarəsinin patrul xidmət alayının 2-ci taboruna məxsus 0202 nömrəli patrul avtomobilinə də ziyan vurub.
Zərəçəkənlərin bir hissəsi Aramyants tibb mərkəzinə, bir hissəsi isə Armenia tibb mərkəzinə yerləşdirilib. Hadisə nəticəsində, A.Mkrtçyan, H. Tadevosyan, H.Hakopyan, V.Asatryan, N.Ağayan və K. Tadevosyan tutularaq Arabkirin polis idarəsinə gətiriliblər.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər