SON DƏQİQƏ
» » Mingəçevirdə BƏDBƏXT HADİSƏ - 4 yaşlı uşaq yandı

Mingəçevirdə BƏDBƏXT HADİSƏ - 4 yaşlı uşaq yandı

Tarix:

7-05-2017, 19:47

/ 2 701 dəfə oxundu.
Mingəçevirdə BƏDBƏXT HADİSƏ - 4 yaşlı uşaq yandı

Mingəçevir şəhərində bədbəxt hadisə nəticəsində 4 yaşlı uşaq xəsarət alıb.
Hadisə şəhərdə Dəmir-Beton Məmulatları zavodunun həyətində yerləşən məcburi köçkün Rahib Məmmədlinin müvəqqəti yaşadığı evdə qeydə alınıb.
Ehtiyatsızlıq nəticəsində ailənin 2014-cü il təvəllüdlü övladı Məmmədli Ömər Rahib oğlunun üzərinə yeməklə dolu qaynar qazan aşıb. Hadisə nəticəsində azyaşlı uşaq kürək və sarğı nahiyələrindən birinci dərəcəli yanıq xəsarətləri ilə Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirib. Uşaq təcili əməliyyat olunub.
Şöbədən verilən məlumata görə, xəstənin vəziyyəti kafidir. (Report)

GUNAZ.az

скачать dle 12.1

Şərhlər