SON DƏQİQƏ
» » Azərbaycanda sərnişin avtobusu yük maşını ilə toqquşdu: 5 yaralı - ADLAR

Azərbaycanda sərnişin avtobusu yük maşını ilə toqquşdu: 5 yaralı - ADLAR

Tarix:

7-05-2017, 18:50

/ 3 988 dəfə oxundu.
Azərbaycanda sərnişin avtobusu yük maşını ilə toqquşdu: 5 yaralı - ADLAR

Mingəçevirdə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində xəsarət alan sərnişinlərin adları məlum olub.

Hadisə nəticəsində 5 nəfər xəsarət alsa da, vəziyyəti ciddi olan sərnişinlərdən 4-nə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibbi müdaxilə olunub.

Hazırda 1955-ci il təvəllüdlü Yevlax rayon Havarlı kənd sakini Rahilə Nadir qızı Həsənova, 1984-cü il təvəllüdlü Yevlax rayon Xaldan kənd sakini Rahim İlqar oğlu Əsədov, 1979-cu il təvəllüdlü Mingəçevir şəhər sakini Natavan Muxtar qızı Hüseynova və 2000-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Sevda Cəsur qızı Hüseynovanın vəziyyəti həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilir. Sevda Hüseynova artıq evinə buraxılsa da, digər üç nəfər zərərçəkmiş müalicəsini xəstəxanada davam etdirir.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində təhqiqat aparılır. (report)

***

Mingəçevirdə sərnişin avtobusu ilə "Kamaz" markalı yük maşınının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb. (report)


GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ