SON DƏQİQƏ

Bakıda üç ev yanıb

Tarix:

25-04-2017, 19:31

/ 2 931 dəfə oxundu.
Bakıda üç ev yanıb

Bakıda yaşayış evlərində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verilir ki, Nizami rayonunda bir-birinə bitişik tikilmiş, vətəndaşlara məxsus ümumi sahəsi 108 kvadratmetr olan 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ümumi sahəsi 30 kvadratmetr olan 2 otaqlı evin 1 otağı 15 kvadratmetr sahədə və ümumi sahəsi 36 kvadratmetr olan 2 otaqlı evin tavanı 36 kvadratmetr sahədə yanıb.
Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ