SON DƏQİQƏ
» » Hərbçimiz ailə üzvləri ilə birgə yol qəzasında həlak oldu - FOTO

Hərbçimiz ailə üzvləri ilə birgə yol qəzasında həlak oldu - FOTO

Tarix:

Bu gün, 10:47

/ 3 271 dəfə oxundu.
Hərbçimiz ailə üzvləri ilə birgə yol qəzasında həlak oldu - FOTO

Naxçıvanda baş verən ağır yol-nəqliyyat hadisəsi bir ailənin faciəsi ilə nəticələnib.
GunAz.az xəbər verir ki, hadisə Naxçıvan–Sədərək magistral yolunun Şərur rayonunun Püsyan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
68 BC 455 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobillə 68 BB 655 dövlət qeydiyyat nişanlı "NAZ-Lifan" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.
Qəza zamanı həlak olan Nəvai Həsənov, Tamara Həsənova və Alparslan Həsənovun eyni ailənin üzvləri olduğu bildirilib.
Hadisə nəticəsində ailənin digər övladı İnci Həsənova, eləcə də digər avtomobildə olan Rəşad Məmmədov müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər