SON DƏQİQƏ

“Qul bazarı”nda qanlı dava

Tarix:

31-03-2017, 20:21

/ 4 228 dəfə oxundu.
“Qul bazarı”nda qanlı dava

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Fərman Mustafayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə ötən ilin noyabr ayında qeydə alınıb. 
1979-cu il təvvəllüdlü Fərman Mustafayev tanışı 1982-ci il təvvəllüdlü Namiq Qaralova 12 bıçaq zərbəsi vurub. Ağır yaralanan şəxs yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Nizami rayon Polis İdarəsinin  əməkdaşları tərəfindən Fərman Mustafayev tutulub.
Məlum olub ki, Fərman Mustafayev "Qul bazarı”nda birlikdə iş axtardığı Namiq Qaralovla mübahisə etdikdən sonra əlbəyaxa dava ediblər. Fərman çantasında olan bıçaqla ona 12 dəfə bıçaq zərbəsi endirib. 
Fərman Mustafayevin məqsədi Namiq Qaralovu öldürmək olub.  
Ancaq ətrafda olanların müdaxiləsi ilə o, bu niyyətini həyata keçirə bilməyib. 
Fərman Mustafayev Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub. Məhkəmədə ifadə verən Fərman Mustafayev ittihamla razı olmayıb, Namiq Qaralovu öldürmək niyyətində olmadığını deyib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Fərman Mustafayev 15 il müddətinə azadlıqdan məhrum edilib.

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ