SON DƏQİQƏ
» » İki təyyarə havada toqquşub, ölən və yaralananlar var

İki təyyarə havada toqquşub, ölən və yaralananlar var

Tarix:

18-03-2017, 07:31

/ 4 077 dəfə oxundu.
İki təyyarə havada toqquşub, ölən və yaralananlar var

Kanadanın Monreal şəhərində iki yüngülmotorlu "Cessna 152"  təyyarəsi havada toqquşub.

 BBC-yə istinadən verilən xəbərə görə, pilotlardan biri ölüb, digəri ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, təyyarələrdən biri ticarət mərkəzinin damına, digəri isə yaxınlıqdakı avtomobil dayanacağına düşüb. İnsanlar ticarət mərkəzindən dərhal təxliyə edilib, iki nəfərin xəsarət aldığı bildirilir.

Qəzanın səbəbləri müəyyənləşdirilir. (APA)

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ