SON DƏQİQƏ

ABŞ-da həbsxanada qiyam baş verib

Tarix:

16-03-2017, 08:13

/ 1 735 dəfə oxundu.
ABŞ-da həbsxanada qiyam baş verib

ABŞ-da həbsxanada qiyam baş verib.

 RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, insident Syuzanvill şəhərində (Kaliforniya ştatı) qeydə alınıb.

İnsident nəticəsində 6 həbsxana əməkdaşı yaralanıb. Məlumata görə, həbsxananın yeməkxanasında dustaqlardan biri nəzarətçiyə hücum edib. Daha sonra 30-dək məhkum digər həbsxana əməkdaşlarına zərbələr endirməyə başlayıb. Polis və nəzarətçilər qiyamçılara qarşı bibər qazından istifadə etməyə məcbur olub. Qiyam polislər tərəfindən yatırılıb. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.

Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ