SON DƏQİQƏ
» » Qəzaya uğrayan helikopterdəki 7 nəfərin hamısı ölüb - YENİ

Qəzaya uğrayan helikopterdəki 7 nəfərin hamısı ölüb - YENİ

Tarix:

10-03-2017, 14:38

/ 6 336 dəfə oxundu.
Qəzaya uğrayan helikopterdəki 7 nəfərin hamısı ölüb - YENİ

İstanbulun Beylikdüzü rayonunda qəzaya uğrayan "Əczacıbaşı” Şirkətlər Qrupuna məxsus "Sikorsky S-76” tipli helikopterdə olan 7 nəfərin heç biri sağ qalmayıb. 
  Bu barədə Türkiyənin CNN TÜRK telekanalı məlumat yayıb. Helikopterdə iki pilot və 5 sərnişin olub. Artıq sərnişinlərin kimliyi açıqlanıb. Bunlar  "Eczacıbaşı Vitra”-nın Rusiya üzrə direktoru Salim Özen, Rusiya vətəndaşları Aleksandır Vanin, İgor Koçergin, Lyudmila Çurova və Yelena Badraqadır.

***

13.24

İstanbulun Beylikdüzü rayonunda qəzaya uğrayan "Əczacıbaşı” Şirkətlər Qrupuna məxsus helikopterdə 4 Rusiya vətəndaşı olub.

Bu barədə Türkiyənin CNN TÜRK telekanalı şirkətə istinadən məlumat yayıb.

Ümumilikdə helikopterdə 2 pilot, 4 Rusiya vətəndaşı və "Eczacıbaşı” Şirkətlər Qrupunun 1 əməkdaşı olub.

***

 13.17

İstanbulun Beylikdüzü rayonunda qəzaya uğrayan helikopter "Eczacıbaşı” Şirkətlər Qrupuna məxsus olub.

 Türkiyənin CNN TÜRK telekanalına istinadən verilən xəbərə görə, bu barədə şirkət məlumat yayıb.

Helikopterdə 2-si pilot olmaqla, 7 nəfər olub.

Helikopterdə şirkətdə yüksək vəzifə tutan şəxslərin və xarici qonaqların olduğu da bildirilir.

Qəzaya dumanın səbəb olduğu bildirilir.

Gunaz.az 
[media=http://turkiye/dusen-helikopterdeki-patlamalar-kamerada#webPushId=MTI0Ng=]
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ