SON DƏQİQƏ

Gəncədə yaşayış evi yandı

Tarix:

4-03-2017, 04:30

/ 4 571 dəfə oxundu.
Gəncədə yaşayış evi yandı

Gəncədə yaşayış evində yanğın baş verib.

Xəbər verilir ki, Məshəti qəsəbəsində yerləşən, 76 yaşlı Ağaməmməd Mehdiyevə məxsus, ümumi sahəsi 105 kv metr olan 1 mərtəbəli, 3 otaqlı tikilidə baş verən yanğının söndürülməsi üçün əraziyə Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Otaqlardan biri əşyalarla birgə 50 kv metr sahədə yararsız hala düşüb. Evin digər hissəsi alovdan mühafizə olunub. Fakt araşdırılır. 

Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ