SON DƏQİQƏ

Bakı-Qazax yolunda yol qəzası baş verib

Tarix:

27-11-2023, 17:59

/ 2 324 dəfə oxundu.
Bakı-Qazax yolunda yol qəzası baş verib

Bakı-Qazax magistralında TIR aşıb.

Hadisə Bakı-Qazax magistralının 157-ci kilometrliyində, Hacıqabul rayonunun Padar kəndi ərazisində qeydə alınıb.
Ağdaş sakini, 1993-cü il təvəllüdlü Cümşüd Yusifli çoxtonnajlı “Volvo” markalı, 77-BE-566 dövlət nömrə nişanlı TIR-ın idarəetməsini itirib və avtomobil aşıb. Avtomobilin yanacaq çəni deşilib. Yanacaq yola axıb. Hadisə yerinə yanğın təhlükəsinin qarşısını almaq üçün Kürdəmir Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Magistral yol müvəqqəti bağlanıb.
Qəza zamanı yaranmış dağıntılar yoldan götürülüb, fəsadlar aradan qaldırılıb. Yolda hərəkət bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər