SON DƏQİQƏ
» » “Sovetski”də ev yanır: yanğında bir qadın ölüb - Foto

“Sovetski”də ev yanır: yanğında bir qadın ölüb - Foto

Tarix:

27-01-2017, 18:49

/ 8 195 dəfə oxundu.
“Sovetski”də ev yanır: yanğında bir qadın ölüb - Foto

Bakıda yaşayış binasında baş verən yanğında bir nəfər ölüb. 
Ölən şəxs yanğın baş verən mənzillərdən birinin sakini, 1969-cu il təvəllüdlü Liliya Mixaylovna Xazibovadır. 
Qeyd edək ki, yanğın zamanı tüstüdən zəhərlənən başqa bir qadına - 1935-ci il təvəllüdlü Raisa Abutalıbovaya təcilli tibbi yardım briqadasının həkimləri tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib.  
*** 
saat 18.13
"Sovetski”də baş verən yanğında bir qadın tüstüdən zəhərlənib. 
Yanğın hadisəsi Yasamal rayonu, Həzi Aslanov küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında qeydə alınıb. 
Yanğın binadakı mənzillərdən ikisini əhatə edib. Hadisə yerində olan təcilli tibbi yardım briqadasının həkimləri tüstüdən zəhərlənən qadına ilkin tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib. 
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.  
*** 
saat 17.31
Bakının "Sovetski” kimi tanınan ərazisində yanğın başlayıb. 
Hadisə Akademik Milli Dram Teatrı yaxınlığında qeydə alınıb. 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və texnikası cəlb edilib. 
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.(APA)

Gunaz.az

“Sovetski”də ev yanır: yanğında bir qadın ölüb - Foto

 

“Sovetski”də ev yanır: yanğında bir qadın ölüb - Foto

 


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ