SON DƏQİQƏ

Yolçu

Tarix:

16-05-2022, 19:13

/ 3 363 dəfə oxundu.
Yolçu

Sadıq Qarayev
Zil qaranlıq gecə, hər yer ilan- çayan, at- eşşək, toyuq- cücə, dolubdur düzə, küncə...
Ömür bazarlığına yolçuluq hazırlığı, yığışıb hər cür varlıq neçə- neçə...
Hələ ki yemirlər, içmirlər, bir- birini görmürlər, didişib, parçalanıb, ölmürlər. Səs də yoxdur, hənirti var, dərin yuxudadılar, mövcudluq yolundadılar. Qulaqları bu vaxtacan heç nə eşitməyib, gözləri nəsə görməyib, zaman ömürlərini harasa sürməyib.
Sabah açılır.
Günəş hələ görünmür, öz- özüylə isti- isti, böyük- böyük öyünmür. Şəfəqləri sir zərrələri səpir üfüqlərə, elə bil görüntülər, səs- səmir ,hər nə varsa, ordan gəlir zülmət gecəli yerə...
Gecə zülmətinə minib qaçır, əvvəl yer oyanır, yaşıl, boz, göy bəzənir, öz yerində dayanır.
Yolçular yavaş- yavaş tərpənirlər, elə ilk anda, bir- birlərinin qaraltısına irpənirlər, ürpənirlər.
Günəş gülümsəyir, səma nazlanır, yer fırlanır.
Var olanlar yavaş- yavaş canlanır.
Mövcudluq zamanı başlayır, yola düşür yolçular,
məcburi dostlar, tanışlar, çeşidli yoldaşlar.
Sən də özünü tapdın onlar arasında, öz- özünə baxa- baxa gedirsən yolçular sırasında.
Yanaşı gedirsən ilanla, mənası zəhər olanla.
Bilirsən işini, ya çəkirsən dişini, ya quyruğunu əzmirsən. Onunla çətin deyil yoldaşlıq, çünki hürməyini gözləmirsən.
İsti qumlu səhradan keçirsiz, xəyalən hey buz su içirsiz. İlan yatıb qalır bir daşın kölgəsində, özünə uyğun yerində, yəni ömür xatirəsində.
Baxırsan yanında dəvə gedir, dözümlü tikan yeyən, günlərlə su içməyən. Ağır yük, elə oboyda kin daşıyan dəvə, bənzəməz at, eşşəyə. Səhradan çıxmaz, fırlanar, qalar orda, sədaqətlidir dəvə kimi yoldaşlıqda.
Ətraf çəmənlik, tala- tala ağ süsənlər ləpələnir, nazlanır, ağ, yeddi rəngli gəlinlikli çiçəklər qara- qura, sarı- marı böcəklərlə tozlanır.
Qoyun quzu- yamaclarda otlayır. Onlarla, atla, eşşəklə gedirsən, it- pişikdə öz yemiylə yallanır, toyuq- cücə ətrafında fırlanır. Yoldaşlıqda sən çətinlik çəkimirsən, atı hürən, iti mələyən görmürsən. Hər birinin təbiətini bilirsən.
Çəmənlik bitir, qalırlar orda, nə yoldaşlar gördün sən bu yolda...
Ömür bazarlığına yol davam edir, göydə buludlar küləklə rəqs edir.
İslanırsan, göyün göz yaşlarıyla, palçıq, dar yola girirsən. Hələ çəmənlikdə qəribə yolçu da vardı, hər vaxt yanındaydı. Gülümsəyib, yoldaş olmuş,
axıb, qəlbinə dolmuş. Onu lap mələk bilirsən, sonra hər varlığa bənzədirsən.
Palçıqlı, çətin yolda, göydən leysan yağır, yuyur bu qəribə yoldaşının üst başını. Kir qatı gedir, tanıyırsan o ilandı, əvvəl yanında olandı.
Bir qat da kiri gedir, səhradakı dəvədi, kini qara şəvədi. Sonra gözündə at-eşşək, qoyun-quzu görsənir, zənn edirsən hər varlıq yan- yörəndə hərlənir.
Əlindən qaçıb, yaxınlıqdakı uçuq, salxaq xarabzara girirsən. Cin, şeytan görürsən, diqqətlə baxanda həmən varlıq olduğunu bilirsən.
Onun hər formaya düşməsi səni dəhşətə gətirmiş, ancaq o səndən əl çəkməmiş.
Axşamçağı düşmüş, ömür bazarlığı yerinə çatmısan, ağır yüklərini atmısan. Sənin kimi çoxlu yorğun yolçular vardır, olanları quru candır.
Get- gedə hər yan qaralır, gecə zülmətinin özü gəlir.
Bu nə bazardır, ömür yoxdur verəsən, nəsə əldə edəsən.
Ömür bazrlığına heç nə saxlamadın, hamısını yolda saldın.
Ömrü keçirdin yolçularla, hər birinə bir az verdin, sən bu yolda nələr gördün...
Hər biriylə yol getmək asanıydı, tez- tez dəyişəndən başqa, o çox qəribəydi, özgə bir aləmiydi...
Bəs o kimiydi?
Öz - özündə səniydi...
Birdə ikiydi.
Zülmət tərəfiniydi.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ