SON DƏQİQƏ

Taparam ŞUŞADA ATAMIN RUHUN

Tarix:

19-10-2020, 14:50

/ 3 190 dəfə oxundu.
Taparam ŞUŞADA ATAMIN RUHUN

 Rauf İlyasoğlu

Mənə elə gəlir ki, Ağdamı azad etsək,
Atamı, anamı da tapacağam yurdumda .
Son beşik qardaşım da dayanıb qullugunda.
Səhidlər qan töküblər vətənimin uğrunda .

Vaxt gələcək torpağım azad olar demişdin,
Azadlıq şərbətindən röyalarda içmişdin ,
Ruhun şad olsun, ata, bunu hardan bilmişdin ?
Müharibələr görüb mətin bir yol keçmişdin.

Niyə, nədən öpmədim sənin  o əllərindən,
Oyan,qayıt yenidən  ömrümə  bəzək ata.
Gözümün nurundan pay verim sənə , yenidən
Həkərini seyr edib birlikdə gəzək ,ata !

Nur yağışı düşmənin silər  ayaq izlərin ,
Tikdiyin körpünün də durur hələ bəndləri.
Ordumuz qatlayıbdır işğalçınin dizlərin ,
Yolumuzu gözləyir Laçın, Şuşa sədləri
Erməniyə dərs verdik yox hünəri ,hədləri

скачать dle 12.1

Şərhlər