İŞİD-in 21 üzvü Türklər tərəfindən zərərsizləşdirilib
Tarix:
7-01-2017, 14:20
/ 1 865 dəfə oxundu.
Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi "Fırat kalkanı” ("Fərat qalxanı”) əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 21 üzvü zərərsizləşdirilib, 12 hədəfi məhv edilib. Əməliyyat Suriyanın Əl-Bab, Bzagah, Suflaniyah və Kabr əl-Mukri bölgələrində aparılıb. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi "Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.