
BMT-nin Liviyadakı xüsusi nümayəndəsi və Liviya Dəstək Missiyasının rəhbəri Jan Kubis 22-23 may tarixində Türkiyəyə səfər edəcək.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Milli Birlik Hökumətinə və siyasi həll prosesinə dəstək vermək üçün beynəlxalq birliyin atacağı addımların müzakirə ediləcəyi nəzərdə tutulur.
***
BMT-nin Liviyadakı xüsusi nümayəndəsi və Liviya Dəstək Missiyasının rəhbəri Jan Kubislə Liviyadakı son vəziyyəti müzakirə etdik.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında yazıb.