
BMT-nin Liviyadakı xüsusi nümayəndəsi və Liviya Dəstək Missiyası rəhbəri Jan Kubis 22-23 may tarixində Türkiyəyə səfər edəcək.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Milli Birlik Hökumətinə və siyasi həll prosesinə dəstək vermək üçün beynəlxalq birliyin atacağı addımların müzakirə ediləcəyi nəzərdə tutulur.