SON DƏQİQƏ
» » Şuşanın itirilməsini dərin hüznlə anırıq - Paşinyan

Şuşanın itirilməsini dərin hüznlə anırıq - Paşinyan

Tarix:

10-05-2021, 19:38

/ 3 711 dəfə oxundu.
Şuşanın itirilməsini dərin hüznlə anırıq - Paşinyan

1992-ci ildən bu yana 8 may gününü az qala matəm günü kimi keçirdik, qeyrətimizə, namusumuza sığışdıra bilmədik ki, Şuşa həmin tarixdən mənfur düşmən tapdağındadır. Və əlbəttə ki, biz bununla barışmadıq, haqqımız da yox idi. Azərbaycan dövlətinin, ordusunun, xalqının birgə əzmi, mübarizəsi və əməyi nəticəsində Qarabağ torpaqları, xüsusən də Şuşa işğaldan azad oldu, düşməndən təmizləndi.
Şuşa bizim qürur yerimiz, alınmaz qalamız, Qarabağın döyünən ürəyi olsa da, bir müddət orada düşmən 8 may gününü qələbə günü kimi qeyd edirdi. Paşinyanlar "at oynadıb”, yallı gedirdi. Nə Ali Baş Komandan, nə də Azərbaycan xalqı bunu qəbul etmədi və biz qələbə çaldıq.

İndi isə Nikol Paşinyan və xalqı 8 may gününü matəm günü kimi qeyd edib. Bunu Paşinyanın çıxışından da görmək olur.

 

GünAz.az həmin şıxışı təqdim edir:

"Çox təəssüf bu gün Şuşi bizimlə deyil. Əsarətini dərin hüznlə anırıq, lakin qəbul etməliyik, anlamalıyıq ki, nə olur-olsun, Şuşinin azadlığı gününü qeyd etməliyik.”

P.S. Biz də deyirik: Yeməkdən ümid yaxşıdır!

Xuraman Həmidova
KONKRET.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ