SON DƏQİQƏ

İran rəsmiləri TƏKZİB ETDİ

Tarix:

8-05-2021, 22:55

/ 4 208 dəfə oxundu.
İran rəsmiləri TƏKZİB ETDİ

 GunAz.az xəbər verir ki, Laçın dəhlizindən İrana məxsus yük maşınlarının Qarabağa gediş-gəlişi ilə bağlı, İran səfirliyi müraciət yayıb. Müraciətdə deyilir:
Dost və qardaş Azərbaycan Respublikasının şərəfli və müdrik xalqının diqqətinə çatdırılır: 
Laçın dəhlizindən İrana məxsus yük maşınlarının Qarabağa gediş-gəlişi ilə bağlı kiber məkanda irəli sürülən iddialara cavab olaraq, İran İslam Respublikasının müvafiq qurumları tərəfindən aparılmış araşdırmalara əsasən iddianı və yayımlanan videonu sübut edən heç bir dəlil əldə edilməmişdir.
İki dost və qardaş ölkə arasındakı münasibətlərin inkişaf etdiyi bir vaxtda, iki ölkə arasındakı münasibətlərin inkişafını istəməyən kanallar və qruplar tərəfindən belə əsassız və yalan məlumatlar yayımlanır.
İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Mətbuat şöbəsi

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ