SON DƏQİQƏ
» » İrakli Qaribaşvili İlham Əliyevi Gürcüstana DƏVƏT ETDİ

İrakli Qaribaşvili İlham Əliyevi Gürcüstana DƏVƏT ETDİ

Tarix:

5-05-2021, 17:49

/ 3 681 dəfə oxundu.
İrakli Qaribaşvili İlham Əliyevi Gürcüstana DƏVƏT ETDİ

"Qeyd etdiyiniz kimi, biz birlikdə bəzi ən mühüm əhəmiyyət kəsb edən tarixi layihələri icra etmişik. Ona görə də, biz münasibətlərimizi və qardaşlığımızı gücləndirəcək daha çox layihələrin birgə icrasını davam etdirməkdə tamamilə qətiyyətli və həvəsliyik”.

GünAz.az xəbər verir ki, bunu mayın 5-də ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

"Bir daha mənim başçılıq etdiyim nümayəndə heyətini burada, Bakıda qəbul etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən fürsətdən istifadə edərək Sizin üçün münasib vaxtda bizi Tiflisdə ziyarət etmək üçün Sizi səfərə dəvət etmək istərdim. Çox sağ olun”, – Gürcüstanın Baş naziri bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ