SON DƏQİQƏ

Qırğızıstanla Tacikistan arasındakı bölgəyə xüsusi status veriləcək

Tarix:4-05-2021, 11:02 Oxunub:3 513

Yaxın gələcəkdə Qırğızıstanın Tacikistanla silahlı sərhəd qarşıdurmasının baş verdiyi Batken vilayətinə xüsusi status veriləcək.

GünAz.az məlumat verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti xəbər yayıb.

 

"Müvafiq qərar mənim tərəfimdən imzalanıb və parlamentə baxılması üçün göndərilib. Qəbul edilən kimi Batken bölgəsi vergi güzəştləri daxil olmaqla xüsusi status alacaq”, – deyə respublikanın Baş naziri Ulukbek Maripov bölgəyə səfəri zamanı açıqlayıb.

Maripov bölgə sakinlərinin qarşıdurma zamanı dağılmış evlərinin dövlət hesabına bərpa ediləcəyinə də söz verib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<