SON DƏQİQƏ
» » Qırğızıstan ilə Tacikistan prezidentləri danışdı

Qırğızıstan ilə Tacikistan prezidentləri danışdı

Tarix:

30-04-2021, 22:24

/ 1 323 dəfə oxundu.
Qırğızıstan ilə Tacikistan prezidentləri danışdı

Qırğızıstan-Tacikistan sərhədindəki gərginliklə bağlı Qırğızıstan Prezidenti Sadır Japarovla Tacikistanın dövlət başçısı Emomali Rahmon arasında telefon danışığı olub.

GunAz.az xəbər verir ki, telefon danışığı zamanı sərhəddə gərginlik ətraflı müzakirə edilib. Qərara alınıb ki, mayın 1-də Batken vilayətində Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilsin. May ayının ikinci yarısında isə bununla bağlı dövlət başçılarının Düşənbədə görüşünün keçirilməsi qərara alınıb.

Qeyd edək ki, bu gün saat 18:00-a olan məlumata görə, Qırğızıstan-Tacikistan sərhədində ölənlərin sayı 31 nəfərə çatıb, 154 yaralı var.

Bu haqda jurnalistlərə Qırğızıstan səhiyyə nazirinin müavini Aziza Soltanbekova məlumat verib. O deyib ki, yaralıların 121-i mülki vətəndaş, 23-ü güc strukturlarının nümayəndələridir.

Nazir müavini bildirib ki, münaqişə zonasındakı Batken rayonunun Ak-Say, Aktatır, Karabak, Samarkandek kəndlərindən 6 min 786 adam təhlükəsiz yerlərə köçürülüb.

Tacikistan mətbuatının məlumatına görə, qarşıdurmada 8 adam ölüb, 110 nəfər yaralanıb.


скачать dle 12.1

Şərhlər