SON DƏQİQƏ

ABŞ-ın bazası BOMBALANDI

Tarix:

23-04-2021, 08:53

/ 4 399 dəfə oxundu.
ABŞ-ın bazası BOMBALANDI

İraqın paytaxtı Bağdadın Beynəlxalq Hava Limanında ABŞ tərəfindən istifadə edilən hərbi baza raket atəşinə tutulub.

GunAz.az xəbər verir ki, bu barədə "Al-Sumaria” telekanalı bildirib.

"Bağdad hava limanı yaxınlığındakı Amerika hərbi bazasına üç raket atıldı", - deyə İraqın təhlükəsizlik qüvvələrindəki mənbə telekanala bildirib.

O, bir raketin bazanın uçuş zolağı yaxınlığına düşdüyünü söyləyib.

"Al-Mayadeen” telekanalının verdiyi məlumata görə, söhbət "Victory” bazasından gedir.

Hələlik tələfat və ya dağıntı barədə məlumat yoxdur. Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.


скачать dle 12.1

Şərhlər