SON DƏQİQƏ
» » İspaniyada 12 yaşlı qızlarını pula satan valideynlər saxlanıldı

İspaniyada 12 yaşlı qızlarını pula satan valideynlər saxlanıldı

Tarix:

16-04-2021, 10:12

/ 3 506 dəfə oxundu.
İspaniyada 12 yaşlı qızlarını pula satan valideynlər saxlanıldı

İspaniya polisi valideynlərin satdığı 12 yaşlı qızı xilas ediblər.

"El Pais”in xəbərinə görə, əməliyyat zamanı üç Rumıniya vətəndaşı - evli cütlük və onların qohumu saxlanılıb.

Bildirilir ki, uşağın artıq bir neçə gün məktəbə gəlmədiyi barədə polisə məlumat verildikdən sonra hüquq-mühafizə işçiləri axtarışa başlayıblar.

 

Bəzi mənbələr qızın valideynləri tərəfindən təxminən 4 000 avroya satıldığını iddia edir.

Müstəntiqlər nəzarətə alınan hər iki ailənin mənsub olduğu etnik qaraçı ayininə görə qızı evləndirmək istədiklərini istisna etmir.

Hüquq-mühafizə işçiləri qızın aparıldığı Monte-Alto rayonuna gediblər. Yeniyetmə hansısa zorakılığa məruz qalıb-qalmamasının müəyyən edilməsi üçün tibbi ekspertizadan keçiriləcək.

скачать dle 12.1

Şərhlər