SON DƏQİQƏ

Bakıda ana ilə qızı güllələndi

Tarix:

1-06-2018, 09:00

/ 10 434 dəfə oxundu.
Bakıda ana ilə qızı güllələndi

Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində güllələnmə baş verib.

APA-nın xəbərinə görə, insident zamanı ana ilə qızı güllələnib. Sadıxcan küçəsi 13 ünvanında qeydə alınmış hadisə nəticəsində paytaxt sakini, 55 yaşlı Esmira Cəfərova və onun qızı 17 yaşlı Cəfərova Aytən Mehman qızı güllə yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onların hər ikisinin üzərində cərrahi əməliyyat aparılsa da, həkimlər A.Cəfərovanın həyatını xilas edə bilməyib.

Bildirilir ki, ana ilə qızını A.Cəfərovanın nişanlısı olduğu ehtimal edilən şəxs güllələyib.

Cütlüyün arasında münaqişə yaranıb və oğlan onların yaşadığı evə gələrək hər ikisini güllələyib.

Hadisənin təfərrüatlarını Sabunçu polisi araşdırır. Silahlı şəxsin saxlanıldığı bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ