SON DƏQİQƏ

Çinin bir şəhərində tam qapanma elan olundu

Tarix:

31-03-2021, 20:55

/ 3 824 dəfə oxundu.
Çinin bir şəhərində tam qapanma elan olundu

Çinin Yunnan vilayətindəki Ruyli şəhərində 9 nəfərin COVID-19 infeksiyasına yoluxması aşkarlanandan sonra şəhərdə tam qapanma elan olunub.

GünAz.az xəbər verir ki, martın 29-də yüksək risk qrupundan olan bir nəfərin virusa yoluxduğu məlum olandan sonra onunla yaxın təmasda olanlar arasında daha 8 nəfərin yoluxduğu aşkarlanıb. Şəhər epidemioloji nəzarət qərargahı martın 31-də tam qapanma elan edib. Bütün sakinlər evlərində, müəssisələrdə çalışanlar isə yataqxanalarda bir həftəlik karantinə cəlb olunublar. Bu müddətdə supermarketlər, apteklər və ərzaq bazarları istisna olmaqla bütün iş məkanları bağlı olacaq. Şəhəri vacib məqsədlər üçün və yalnız koronavirus testi neqativ olanlar tərk edə bilər, giriş isə mümkün deyil.

Hazırda yoluxmuş şəxslərlə yaxın təmasda olanların müəyyən edilməsi işləri aparılır. Bildirilir ki, yoluxanların 4-ü qonşu Myanmanın vətəndaşıdır.

Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin işçi qrupu Ruyliyə ezam olunub. Şəhərin aid olduğu Dehon Day və Cinpo muxtar prefekturularında əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası sürətləndirilib.

Qeyd edək ki, Çində sonuncu dəfə yanvar-fevral aylarında COVID-19 infeksiyasının bir neçə şəhərdə ocağı aşkarlanmışdı. Səlahiyyətli qurumların səyləri ilə həmin şəhərlərdəki yoluxma zəncirlərin qırılmasına və yoluxmaların tam dayandırılmasına nail olunmuşdu. unikal.org

скачать dle 12.1

Şərhlər