SON DƏQİQƏ
» » Bu gün ölənlərin sayına görə Qarabağ dünyada birinci yerdə gedir - TERROR DAVAM EDİR

Bu gün ölənlərin sayına görə Qarabağ dünyada birinci yerdə gedir - TERROR DAVAM EDİR

Tarix:

18-03-2021, 18:54

/ 3 694 dəfə oxundu.
Bu gün ölənlərin sayına görə Qarabağ dünyada birinci yerdə gedir - TERROR DAVAM EDİR

Bu gün ölənlərin sayına görə Qarabağ dünyada birinci yerdə gedir. Çünki müharibə başa çatsa da, minaya düşərək həyatını itirənlərin sayı getdikcə artıb. Çox təəssüflər olsun ki, dəfələrlə rəsmi xəbərdarlıqlara baxmayaraq, işğaldan azad edilmiş ərazilərə icazəsiz keçən vətəndaşlarımız minaların qurbanı olur. Ona görə də ölkəmizdə bu sahədə ciddi maarifləndirmə işlərinə start verilib.

Bu gün bütün media resursları, sosial şəbəkələr minadan zərər çəkmiş şəxslərin və onların ailələrinin hekayələrini işıqlandırmaqla bu dəhşətin miqyasını önə çəkir.

İndiyə qədər işğaldan azad olunmuş ərazilərdə bu kimi olaylar haqqında tez-tez xəbərlər yayılıb. Polkovnik Babək Səmidlinin Suqovuşan kəndində piyadalar əleyhinə minaya düşərək həlak olması isə Azərbaycana şok effekti yaşatmışdı.

Təəssüf ki, bu mövzu Azərbaycanda daim gündəmdədir.

Mərkəzi ofisi Londonda yerləşən, Emmanuel Dupuyin beynəlxalq xarakterli "emerging-europe” saytında məhz bu problemin müxtəlif aspektləri hələ ötən ilin dekabrında nəzərdən keçirilmişdi.

Artıq Azərbaycanın diqqəti gələcəyə yönəlib. Azərbaycan dövləti Rusiya və Ermənistanla bağladığı sülh anlaşmasından sonra 25 il əvvəl erməni qüvvələri tərəfindən zorakılıqla qovulan yüz minlərlə azərbaycanlını nəhayət doğma yurd-yuvasına dönməsinə şərait yaratmaq istəyir.

Lakin onun bu istəyinə Ermənistan mane olur. Sözün bütün mənalarında. Azad edilmiş ərazilərin minlərlə partlamamış minalardan təmizlənməsi ən mühüm məsələyə çevrilib.

Ermənistan isə minalanmış ərazilərin xəritəsini vermək istəmir və bununla da regionda sülhə dəstəyini ifadə etmir. Yalnız cinayətkar erməni hərbçilərinin geri verilməsini tələb etməklə, Azərbaycana qarşı beynəlxalq aləmdə təbliğatlarını davam etdirirlər.

Ancaq dünya əvvəla onu bilməlidir ki, Azərbaycanda mina partlayışı nəticəsində təxminən 600-ə yaxın mülki şəxs həlak olub, 2400-dən çox adam isə yaralanıb. Bu gün Dağlıq Qarabağ və qonşu ərazilərdə minaların olması geri qayıdan mülki əhali və humanitar yardım daşıyan qurumlar üçün böyük bir təhlükədir.

Hazırda azərbaycanlı mütəxəssislər ərazinin minalardan təmizlənməsi işinin yeni mərhələsinə start veriblər.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan iki ölkə arasında münaqişənin davam etməsi səbəbindən Minaların Qadağan Olunması haqqında Müqaviləyə qoşulmamışdı. Lakin həmişə xoş niyyət göstərərək minaların qadağan оlunmasına böyük dəstək və mina məsələlərini müzakirə etmək üçün bir sıra layihələrə dəstək olub.

Hələ 2008-ci ilin mart ayında Xarici İşlər Nazirliyi rəsmi olaraq bildirmişdi ki, Ermənistanla münaqişə həll edilməyənə qədər Azərbaycan bu Sazişə qoşula bilməyəcək. Amma Azərbaycan humanitar mina problemlərinin qlobal səviyyədə həll olunmasını dəfələrlə dəstəkləyib. Azərbaycan Ermənistandan fərqli olaraq Ottava Konvensiyasının prinsiplərini və fəlsəfəsini tam dəstəklədiyinə görə öhdəlikləri yerinə yetirməyə və buna öz yardımlarını göstərməyə hazır olduğunu dəfələrlə bəyan edib.

Buna fakt kimi "Ümumi qlobal tərksilah siyasətinə uyğun olaraq Azərbaycan hökuməti mina hərəkatı qanunvericiliyi və standartlarının yaradılmasına zəruri əhəmiyyət verib və bunun üzərində daimi olaraq çalışıb.

Belə ki, 2007-ci ilin dekabrında Azərbaycan BMТ Baş Assambleyasının Minaların Qadağan Siyasətinin universallaşdırılması və tam həyata keçirilməsini tələb edən 62/41 saylı illik Qətnaməsinin lehinə səs verib və bu qətnamələri dəstəkləyib.

Azərbaycan  bununla bağlı real addımlar atıb. Elə götürək piyadalar əleyhinə minaları istehsal etməməsini. Eləcə də silah ixracında mina satışına ümumiyyətlə rast gəlinmir.

Hələ birinci Qarabağ müharibəsi 1994-cü ildə başa çatdıqdan sonra Azərbaycan piyadalar əleyhinə minalardan istifadə etməmişdi. Əlbəttə, istisnalar var idi.

Ermənistan isə əksinə son illərdə piyadalar əleyhinə minalardan geniş miqyasda istifadə edib. Hətta qoşunların təmas xətti boyunca Ermənistan istehsalı olan minalar aşkar edilib.

Xarici İşlər Nazirliyi dəfələrlə rəsmi şəkildə bəyan edib ki, "Ermənistan hərbi qüvvələri zəbt olunmuş Azərbaycan ərazilərində geniş miqyasda minalardan istifadə ediblər. İndi isə minalanmış ərazilərin xəritələrini verməməklə terroru davam etdirirlər.

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən minalanmış ərazilərin tam əhatə dairəsi məlum deyil. Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan, o cümlədən Ağdamın bir hissəsi, Füzulidə geniş minalanmış ərazilər var.

Ekoloji baxımdan da ölkədə çirklənmənin mühüm hissəsi minalanmış ərazilərin payına düşür. Görünən odur ki, ermənilərlə savaş hələ davam edir.

скачать dle 12.1

Şərhlər