SON DƏQİQƏ
» » Türkiyə XİN-dən Moskva müqaviləsi ilə bağlı BƏYANAT

Türkiyə XİN-dən Moskva müqaviləsi ilə bağlı BƏYANAT

Tarix:

16-03-2021, 17:30

/ 3 667 dəfə oxundu.
Türkiyə XİN-dən Moskva müqaviləsi ilə bağlı BƏYANAT

"Bu gün Türkiyə Böyük Millət Məclisi Hökuməti və Rusiya Sovet Federativ Sosialist Respublikası arasında 16 mart 2021-ci il tarixində imzalanan "Dostluq və qardaşlıq haqqında” müqavilənin 100-cü ildönümünü qeyd edirik”.

GünAz.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

 

"Ortaq tariximizə "Moskva müqaviləsi” olaraq düşən bu sənəd Türkiyə-Rusiya münasibətlərində önəmli yerə sahibdir. İki ölkə arasında diplomatik münasibətlərin yaranmasından bir il sonra imzalanan bu müqavilə dövrün şərtləri altında daşıdığı siyasi əhəmiyyətlə yanaşı, günümüzədək etibarlılığını qoruyan hüquqi nəticələr doğurub. Türkiyə Böyük Millət Məclisi Hökuməti və Rusiya Sovet Federativ Sosialist Respublikası arasında əldə olunan ilk müqavilə olma özəlliyini daşıyan "Moskva müqaviləsi” Gənc Cümhuriyyətimizin şərq sərhədlərini müəyyənləşdirməsi ilə birgə Sovet Rusiyası ilə Birinci Dünya müharibəsindən sonrakı dövrdə nümayiş etdirilən həmrəylik və əməkdaşlığa da zəmin yaradıb.

Türkiyə və Rusiya Federasiyası günümüzdə ikitərəfli və regional səviyyədə dialoq və əməkdaşlıq edirlər. Bu əməkdaşlıq anlayışının qarşımızdakı dövrdə də ikitərəfli münasibətlərimizlə yanaşı regional sülh, sabitlik və rifaha töhfə verəcək şəkildə davam edəcəyinə inanırıq”, – bəyanatda qeyd olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ